Modern.az

Ödənişli tələbələrə hansı güzəştlər olunacaq? - Nazirdən AÇIQLAMA

Ödənişli tələbələrə hansı güzəştlər olunacaq? - Nazirdən AÇIQLAMA

27 Avqust 2020, 18:00

“Birinci kurs tələbələri ali məktəblərlə tanış olacaq, ondan sonra onlayn təhsilə davam edəcəklər”.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

E.Əmrullayev deyib ki, 176 min tələbədən 113 minə yaxın ödənişli təhsil alır:

 

“Birinci mərhələdə 15 min 209 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. 15 min 209 tələbə ilə bağlı birinci mərhələdə qərar verilərkən ehtiyac meyarı əsas götürülüb. Bundan sonrakı güzəştlər də ehtiyac meyarı nəzərə alınmaqla edilməlidir. Bütün tələbələrə güzəşt olsa, ali məktəblərin maliyyə dayanıqlığına problem yarada bilər. 32 minə qədər məcburi köçkün və digər qruplardan olan tələbənin təhsil haqqını da dövlət ödəyir”.

 

Təhsil naziri qeyd edib ki, birinci kursda ali məktəblərə gələn tələbələrə də birinci semestrdə Nazirlər Kabinetinin qərarı ilə güzəştlər tətbiq edilir:

“Əsas məsələ isə pandemiyanın nə zaman bitəcəyidir, bu da məlum deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub