"Uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır".
Modern.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
"Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur".