Modern.az

“20 ildir unutmuruq” internet aksiyasına start verildi

“20 ildir unutmuruq” internet aksiyasına start verildi

19 Yanvar 2010, 17:15

Yanvarın 19-da Gənclər üçün Təhsil Mərkəzi 20 Yanvar faciənin 20-ci ildönümü ilə əlaqədar “20 ildir unutmuruq” adlı internet aksiyayasına start verib.

Təşkilatdan Modern.az-a bildirilib ki, 19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.

Bu günkü aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərməyə başladılar.

Qeyd edək ki, aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq dünyanın müxtəlif ölkələrinə təhsil alan Mərkəz üzvləri tərəfindən də həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?