Modern.az

Bakcell beynəlxalq mükafata layiq görüldü

Bakcell beynəlxalq mükafata layiq görüldü

14 İyun 2012, 17:53

Azərbaycanın Ilk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Eurovision 2012 mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nı binadaxili mobil rabitə sistemi ilə təchiz etdiyinə və yarış zamanı yüksək keyfiyyətli mobil rabitə xidməti göstərdiyinə görə nüfuzlu “GTB Innovation Award 2012” (“GTB İnnovasiya Mükafatı 2012”) beynəlxalq mükafatına layiq görülüb. 

“Global Telecoms Business” özünün altıncı illik mükafatını Londonda telekommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilən mərasimdə təqdim edib.  

“Bakı Kristal Zalı”nın mobil telekommunikasiya infrastrukturu Türkiyənin ən böyük stadionlarından biri olan “TT Arena”-nın təchizatını həyata keçirən “Komtel” və və Bakcell tərəfindən qurulub. Layihədə ABŞ-ın Bravo Tech Inc. şirkətinin unikal sistemindən istifadə olunub.

“Bakcell şirkəti öz innovativ ideyasının GTB tərəfindən yüksək qiymətləndirilməsindən çox məmnundur. Biz qısa – rekord bir müddət ərzində Eurovision-2012 mahnı müsabiqəsinin keçirildiyi “Bakı Kristal Zalı”nda bu avadanlıqları quraşdıra bildik və sistem müsabiqə günlərində abunəçilərə yüksək səviyyədə xidmət göstərdi” - deyə Bakcell şirkətinin Baş icraşı direktoru Riçard Şirer bildirib.

Xüsusi olaraq sözügedən layihə üçün gətirilən 90 stadion antennası Bakcell abunəçilərini yüksək xidməti ilə təmin edib. Ölkədə fəaliyyət göstərən digər mobil operatorların abunəçilərinə də xidmət bu sistem üzərindən göstərilib. Bakcell-in mütəxəssisləri sistemin saz vəziyyətdə olması üçün bütün yarış boyu sistemi nəzarətdə saxlayıblar. Hər üç operatorun istifadəsi üçün quraşdırılan 2G və 3G kanalları 31 000 artıq abunəçiyə rabitə imkanı yaratmışdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır