Modern.az

Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ

Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ

Təhsil

29 Avqust 2020, 12:04

“Təhsil müəssislərinin açılması ilə bağlı təhsil naziri brifinqdə məlumat verib”.

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hacıyev deyib ki, bu, hibrid xarakteri daşıyacaq təhsil proqramının həyata keçirilməsi olacaq: “Ancaq hansı valideyn istəyirsə, övladı məsafədən təhsilini davam etdirə bilər. Fərqli düşünən, təhsil müəssisələrinin açılmasını istəyən insanlar da çoxdur. Ona görə də vətəndaşlarımızın maraqlarına cavab verən ən yaxşı qərarların qəbul edilməsinə çalışırıq. Yoluxmalar olarsa, sinif, məktəb səviyyəsində tədrisin dayandırılması, hətta yoluxma geniş yayılarsa, ümumilikdə ənənəvi formada tədrisin dayandırılması barədə də qərar verilə bilər”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir