Modern.az

“Azərbaycanda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək” - TƏBİB

“Azərbaycanda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək” - TƏBİB

29 Avqust 2020, 12:27

“Azərbaycanda payızda qrip əleyhinə dördvalentli vaksindən istifadə ediləcək”.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinq zamanı TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov danışıb. O qeyd edib ki, bu vaksin kifayət qədər sınaqdan keçib:

 

“Bu, sınaqdan keçmiş vaksindir. Bu vaksinin Azərbaycanda kimlərə tətbiq olunacağına gəlincə, yaşlı, yanaşı xəstəliyi olan, risk qrupuna daxil şəxslər ilk növbədə nəzərə alınacaq. Azərbaycana vaksin gətiriləndən sonra ilk növbədə risk qrupuna daxil olan şəxslərə vurulacaq”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər