Modern.az

Ankaranın ən böyük prospektinə “Xocalı” adı verilib

Ankaranın ən  böyük prospektinə  “Xocalı” adı verilib

14 İyun 2012, 19:35

Ankaranın ən böyük rayonun prospektinə “Xocalı” adı verilib. Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Məlumatda bildirilib ki,  Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi Komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunan və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12.03.2012-ci il tarixində Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaranın ən böyük rayonlarından biri olan və 558.223 nəfər əhali yaşayan Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə “XOCALI” adı verilib. Qeyd edək ki, Xocalı prospekti Mamak rayonunun ən böyük prospektlərindən biridi və Ankaranın Şahintepe-Şirintepe-Misket-Dutluk məhəllələrini birləşdirir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir