Modern.az

Allahşükür Paşazadəyə mükafat verildi

Allahşükür Paşazadəyə mükafat verildi

Aktual

15 İyun 2012, 15:52

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan-İraq əlaqələri: dünəni, bugünü, gələcəyi” bir həftəlik tədbirlər silsiləsi çərçivəsində respublikamızda səfərdə olan İraq türkmanlarının nümayəndə heyətinin üzvləri ilə görüşüb.
QMİ-də keçirilən görüşdə ikitərəfli münasibətlər, dini məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şeyxülislam Azərbaycan ilə İraq arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışmış və əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.
İraqın nümayəndə heyəti iki ölkə arasında ədəbi, mədəni və tarixi əlaqələrdən danışmış, dövlətlərimiz arasında münasibətlərin uğurla inkişaf etməsindən məmnunluğunu diqqətə çatdırıb.
Görüşdə A.Paşazadəyə “Türkməneli” vəqfinin mükafatı təqdim edilib.
İraqın nümayəndə heyətinə iraqlı şair Fövzi Əkrəm, “Türkməneli” vəqfinin sədri Fatih Türkcan və rejissor İsmət Hürmüzlü daxildirlər.

Könül Səid  

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!