Modern.az

Azərbaycan üçün hansı yaxşıdır: Donald Tramp yoxsa Co Bayden? - ŞƏRH

Azərbaycan üçün hansı yaxşıdır: Donald Tramp yoxsa Co Bayden? - ŞƏRH

Aktual

30 Avqust 2020, 09:28

“Amerikanın seçki yarışında iki çox fərqli qüvvə üz-üzədir. Hazırkı mübarizədə hər iki partiyanın – Respublikaçılar və Demokratların seçkidə şans nisbəti aşağı-yuxarı bərabərdir”.

 

Bu sözləri Modern.az-a Amerikada prezident seçkilərinin nəticələrinin dünya siyasətinə təsirindən danışarkən politoloq Zərdüşt Əlizadə deyib.

 

Onun sözlərinə görə, Demokratlar Bill Klinton və Barak Obama dövründəki siyasətin davamını istəyirlər:

 

“Hazırkı prezident, Respublikaçılar partiyasının nümayəndəsi, hazırkı prezident Donald Tramp isə istəyir ki, Ameirkanın mövqeyini dünyada gücləndirsin, Amerikada sənayeni dirçəltsin, dövləti yenidən dünya nəhənginə çevirsin. Demokratlar isə istəyirlər ki, əvvəlki kimi Amerika dünyada hegemon maliyyə oyuncusu olsun. Sənayenin inkişafına o qədər də fikir vermirlər. Həmçinin Amerikanın indiyə qədər bağladığı ənənəvi siyasi ittifaqlara D. Trampa nisbətən daha sadiqdirlər.

 

Mübarizədə qüvvələr nisbəti çox yaxındır. Sorğular göstərir ki, gah bu, gah o biri tərəfin qələbəsinə ümidlər bəslənilir. Təbii ki, Amerika prezidentinin siyasəti dünya siyasətinə həlledici təsir gösərir. Amma bir məqamı da qeyd etməliyik ki, bütün bu fərqlərə baxmayaraq, Amerikanın xarici siyasəti iki partiyalıdır. Yəni NATO-ya sədaqət, Avropa İttifaqı ilə münasibət çoxtərəfli müttəfiqlikdən ikitərəfli müttəfiqliyə baxmayaraq Amerikanın iqtisadi bağlarını təmin edən siyasi müttəfiqlərlə yaxınlıq, onların dəstəklənməsi, Amerika xarici siyasətinin əsas istiqamətləridir”.

 

Azərbaycana mnasibətə gəldikdə isə Z. Əlizadə hesab edir ki, prezidentin kim seçilməsindən asılı olmayaraq, Amerikanın Azərbaycana yönəlik siyasətində ciddi dəyişiklik olmayacaq:

 

“Demokratlar da, Respublikaçılar da Azərbaycana eyni münasibət bəsləyirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər