Modern.az

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 2 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı - 2 nəfər öldü

1 Sentyabr 2020, 16:10

Azərbaycanda koronavirus infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazrilər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülmüş test nəticələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?