Modern.az

Zahid Oruc: “Prezident bu çətin imtahanda bütün təhlükələri üzərinə götürdü”

Zahid Oruc: “Prezident bu çətin imtahanda bütün təhlükələri üzərinə götürdü”

2 Sentyabr 2020, 11:44

“Sosial Tədqiqatlar Mərkəzi (STM) “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi ortaya qoyub. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi anti-böhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökümətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır”.


Modern.az
xəbər verir ki, bunu STM-in təşkil etdiyi brifinqdə Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc deyib. O qeyd edib ki, analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir:


“Prezidentə inam və etibar əmin - amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır!

Dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, bizə görə, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu. Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər.Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük:

Onlar soruşurlar ki,

  • - Böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?
  • - Öz millətin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin-yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular?
  • - Xalqın sağlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyəti öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlət, hökumət və yerli orqanların üstünə atmağa deyil, əksinə onların monolitiliyini təmin edə bildilərmi?
  • - Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə-əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək, iqtisadiyatın, sosial həyatın,iş yerlərinin və məşğulluğun, bir sözlə normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”


STM rəhbəri qeyd edib ki, Azərbaycan respublikasının prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz millətinin çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-sdandart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır:

“Bu nüfuz, əmin-amalığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri hörmətli Mehriban xanım haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım, dövlət və milli həyatın bütün sahələrində prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?