Modern.az

Ürək çatışmazlığı-qəfl ölüm niyə artıb?

Ürək çatışmazlığı-qəfl ölüm niyə artıb?

Aktual

18 İyun 2012, 12:01

 

Son vaxtlar mətbuatdan, yaxın-uzaq tanışlardan tez-tez eşidirik ki, filankəs ürək çatışmazlığından əziyyət çəkir, müalicə olunur, filankəs ürək çatışmazlığından dünyasını dəyişib, filankəs yatıb, durmayıb – səbəbi ürək çatışmazlığıdır. Nədir bu ürək çatışmazlığı, insanlar hansı yaşda bu xəstəliyə düçar olur? Xəstəliyin yaranmaq səbəbləri hansılardır, onun müalicəsi varmı? Bu yazımızda sadaladığımız və əlaqəli digər suallara cavab tapacaqsınız.

Qan axınının azalması nəticəsidə ürəyin sıxılma qabiliyyəti itir. Sıxıla bilməyən ürək, qanı nasoslaya bilmir. Ürəyin bədənin ehtiyacını qarşılayacaq səviyyədə qanı nasosla vura bilməməsinə ürək çatmazlığı deyilir. Bu problem başqa ciddi xəstəliklərə yol aça bilər. Toxumalara kafi qan çatmadığı üçün oksigen də çatdırılmır. Qan axınındakı çatışmazlıq nəticəsində qan damarlarda yığılır. Ürək əzələsi zəifləməyə başlayar və böyrək su və duz tutumunu artırır. Qol, ayaq və ağciyər kimi orqanlarda maye yığılması ilə ürək çatmazlığı ortaya çıxır.

Yaranma səbəbləri

Ürək çatmazlığı ürəyə təsir edən müxtəlif xəstəliklərə bağlı olaraq ortaya çıxır. Ürək əzələsində meydana gələn narahatlıqlar, ürəyin qanı nasosla vurma çətinliyi, ürək damar xəstəlikləri, təzyiq yüksəkliyi (hipertansiya), ürəyin qapaqlarında problem olması, spirt istifadəsi, ürək çatışmazlığına səbəb olur.

Damar sərtləşməsi nəticəsində damarın elastikliyi itir. Sərtləşmiş bir damara da qan nasosla vurmaq çətindir. Bu da ürəyin qeyri-kafi çalışması deməkdir. Damar sərtliyinin bir başqa təsiri də ürəyə gələn qanın və oksigenin azalmasına səbəb olmasıdır.

Ürək əzələsində iltihab meydana gəlməsi və tiroid bezində çox miqdarda hormon ifraz olunması (hipertiroidi) ürək çatmazlığına yol aça bilər. Ürək əzələsində ziyan müxtəlif səbəblərə bağlı olaraq ortaya çıxır (kardiyomiyopati).

İnfarkda ürək damarının tıxanması söz mövzusudur. Nəticədə o damarın bəslədiyi əzələ təbəqəsi ölər. İnfarkt nəticəsində xəstə yaşaya bilsə, o yerdə sıxılmayan əzələ təbəqəsi meydana gəlir. Bu da ürək çatmazlığına gətirib çıxarır.

Xəstəliyin ilkin simptompları

Ürək əzələsinin həddən artıq yorulması (ürək qüsurlarında, arterial hipertoniyada və s.

Miokardın qan təchizatının pozulması (tac damarlarının xəstəliklərində).

Ürək əzələsində maddələr mübadiləsini pozan metabolik pozğunluqlar (o cümlədən hormonal və alimentar).

Infeksion və toksik amillər.

Mədəciklərin qəflətən baş vermiş əzələ zəifliyi kəskin qan dövranı çatışmazlığına gətirib çıxarır. Qəflətən inkişaf edən ürək zəifliyi ölümlə nəticələnə bilər.

Kəskin ürək çatışmazlığının əsas klinik əlamətləri kardiogen şok, kardial astma (ağciyərlərin interstisial ödemi), ağciyərlərin alveolyar ödemidir.

Alveolyar hipoksiyanın inkişafı simpatoadrenal sistemin  fəallığını stimulə edir, histamın, serotonin, kinin və prostoqlandinlərin ifrazını artırır. Mediatorların və prostaqlandinlərin konsentrasiyasının artması, öz növbəsində, kapillyardaxili hidrostatik təzyiqi, alveolyar hipoksiyanı gücləndirir, damar keçiriciliyini artırır.

Ağciyər ödeminin 2 forması ayırd edilir: interstisial (kardial astma) və alveolyar. Kardial astmada peribronxial və perivaskulyar sahələrin seroz maye infiltrasiyası qeyd olunur ki, bu da ağciyərdə damar və bronxial müqavimətin artmasına səbəb olaraq mübadilə prosesini pisləşdirir.

Sol mədəcik çatışmazlığı (aortal qüsurlar, sol mədəciyin anevrizması, diffuz kardioskleroz, miokard infarktı) ilə əlaqədar olaraq, kiçik qan dövranında hidrostatik təzyiqin, son diastolik həcmin və təzyiqin artması müşahidə olunur. Beləliklə, kiçik qan dövranında qanın retroqrad durğunluğu, təzyiqin artması əmələ gəlir.  Əgər təzyiq 30 mm c.sut-dan yüksəkdirsə, onda ağciyər alveollarına plazma daxil olmağa başlayır. Sol atriovetrikulyar dəliyin kəskin daralmasında bütün qan sol mədəciyə daxil ola bilmir və sol qulaqcıq boşluğunda  və kiçik qan dövranında ləngiyir. Simpatoadrenal sistemin fəallaşmasına gıtirib çıxaran emosional və fiziki yüklənmə, sol atrioventrikulyar dəliyin keçiricilik qabiliyyətinin zəifləməsisağ mədəciyin nasosfunksiyasının artmasına səbəb olur.  Bu da kiçik qan dövranında qan axınının artmasınıvə təzyiqin yüksəlməsini, ağciyər ödeminin inkişafını meydana çıxarır.

Əlamətləri

Ürək tutması çox vaxt gecə baş verir. Ağır boğulma tutması ilə xarakterizə olunur. Xəstə qorxu hissi keçirir, məcburi vəziyyət alır (ortopnoe), çox vaxt taxipnoe qeyd olunur; xəstənin üzü bozumtul-göyə çalır, avazımış akrosianoz müşahidə olunur. Dəri örtüyü nəm, soyuq olur. Perkussiyada qutu səsi, ağciyərlərin aşağı şöbələrində durğunluqla əlaqədar kütləşmə qeyd edilir. Ağciyərlərin auskultasiyasında tənəffüs küylüdür, bronxların selikli qişasının ödemliliyini təsdiq edən quru xırıltılar eşidilir. Bəzi hallarda kardial və bronxial astmanın müqayisəli diaqnostikasını aparmaq lazımdır. Ürəyin hüdudları böyümüşdür, lakin çox vaxt ağciyər emfizeması ilə əlaqədar təyin edilmir. Taxikardiya qeyd olunur, çapam ritmi, nəbzin növbələşməsi mümkündür. Ağciyər arteriyası üzərində II ton güclənmiş və ikiləşmişdir. Auskultasiyada ürək küylərinin mənzərəsi ürəyin qapaq aparatının zədələnməsi üçün xarakterikdir. Arterial təzyiq geniş hüdudlarda dəyişə bilər. Mərkəzi venoz təzyiq çox vaxt artır. R-qramda tez-tez payarası arakəsmələrin ödemliliyini əks etdirən yerli arakəsmə xətləri, ağciyər şəklinin güclənməsi aşkar olunur, ağciyər kökləri sturukturunu itirir, əsas bronxların mənfəzləri diferensiasiya olunur, payarası yarıq üzrə qalınlaşma qeyd olunur. EKQ-də bir sıra hallarda sol mədəciyin hiperfunksiyası təyin edilir.

Ağciyərlərin kəskin alveolyar ödemi kəskin ürək çatışmazlığının daha ağır formasıdır. Bəzi hallarda kardial astma bu formaya keçir, digər hallarda o birbaşa inkişaf edir. Yuxarıda təsvir olnunan simptomlarla yanaşı, xəstədə çox vaxt uzaq məsafədən eşidilən xışıltılar qeyd olunur. Tez-tez qan lifləri olan köpüklü bəlğəmli öskürək xəstəni narahat edir. Ağciyərlərdə müxtəlif kalibrli yaş xırıltılar eşidilir. Ağciyərlərin alveolyar ödeminin kəskin başlanan mənzərəsi o qədər aydın olur ki, əksər hallarda diaqnostika çətinlik törətmir. 

Ürək çatışmazlığı  mərhələləri

I  mərhələ - Mülayim fiziki aktivlik zamanı Ü.Ç subyektiv  simtomlarının meydana çıxması.

II mərhələ - Boğulma tutmaları, ortopnoe, təkrari ödemləri, səyirici aritmiya, qaraciyərin böyüməsi, kardiomegaliya, yüngül fiziki aktivlik  nəticəsində simptomların meydana çıxması, EKQ və rentgenoqrafiq müayinədə birincili ağciyər hipertenziyası əlaməti.

III mərhələ - Minimal aktivlik  və sakitlik zamanı ağır simptomlar, ürək astması  tutmaları, orqan və toxumaların distrofik dəyişiklikləri.

ÜRƏK ÇATIŞMAZLIĞININ MÜALİCƏSİ

Ürək xəstələrində doğru qidalanma çox əhəmiyyətlidir. Bunun üçün yemək miqdarını azaltmaq lazımdır. Xəstəyə sulu qidalar təklif edilər. Çünki qatı qidaların həzmi daha uzun sürər və bu qidalar ürəyin yükünü artırIr. Bu səbəblə qidalar yaxşı çeynənməli və lazım olandan çox yemək yeməkdən qaçınılmalıdır. Yağ və duz alışını da əhəmiyyətli miqdarda azaltmaq lazımdır. Duz, bədəndə su tutumunu artırdığı üçün bədəndəki şişliyin azalmasını mane olur. Əgər duz az alınsa sidiklə su atımı artar və beləcə şişlik (şiş) azalar. Beləcə ürəyin yükü azalar.

Müalicənin müvəffəqiyyətli olması üçün xəstə mütləq siqareti buraxmalıdır. Çünki siqaret ürək əzələsinə oksigen getməsini mane olar və əzələ toxuması bəslənə bilməz. Ürək çatmazlığı olan xəstələr istirahət etmək məcburiyyətindədir və ağır güc tələb edən yorucu işlərdən uzaq dayanmaları lazımdır. Amma necə ki, hərəkətsiz həyat sürən bir insan güc və kondisyon itkisi yaşayırsa, ürək əzələsi də güc itirər. Bunu önləmək üçün həkim kontrolunda məşq proqramı tətbiq olunmalıdır.

ÜRƏK ÇATMAZLIĞI OLAN XƏSTƏLƏR NƏLƏRƏ DİQQƏT YETİRMƏLİDİR?

Dərhal siqaret, spirtli maddə istifadəsini buraxın,

İdeal kilonuzda olmağa çalışın, çox yeməkdən qaçın,

Şəkərinizi və xolestrolunuzu nizamlı olaraq ölçdürün və normada tutmağa çalışın,

Həkiminiz təklif edirsə, çox yorulmayacaq şəkildə idman edin,

Özünüzü həddindən artıq yormayın,

Diyetinizə diqqət yetirin,

Ağrı kəsicilərdən uzaq durun,

Duz qəbulunu azaldın.

Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır