Modern.az

Masallının yeni icra başçısı köhnə başçının kadrlarını işdən çıxarıb

Masallının yeni icra başçısı köhnə başçının kadrlarını işdən çıxarıb

Aktual

18 İyun 2012, 14:58

Masallı Rayon İcra Hakimiyyətində bir sıra vakant iş yerləri müəyyənləşib. Vakant yerlər İcra Hakimiyyətinin yeni başçısı Rafil Hüseynovun əvvəlki başçı Qəzənfər Ağayevin kadrlarını işdən kənarlaşdırılması nəticəsində yaranıb.

RİH-dən Modern.az-a verilən məlumata görə, Masallı rayon İcra Hakimiyyəti vakant (boş) olan aşağıdakı dövlət qulluğu vəzifələrini tutmaq üçün müsabiqə elan edir.

1. Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi

2. Masallı RİHB-nin Masallı şəhəri ərazi nümayəndəliyində nümayəndə.

3. Masallı RİHB-nin Köhnə Alvadı ərazi nümayəndəliyində nümayəndə müavini

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər RİHB-nin Dövlət Qulluğuna qəbul üzrə komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, Rafil Hüseynov ölkə prezidentinin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı