Modern.az

Anadolu Agentliyinin müxbirlərinə casus kimi yanaşılması qəbuledilməzdir - BƏYANAT

Anadolu Agentliyinin müxbirlərinə casus kimi yanaşılması qəbuledilməzdir - BƏYANAT

Aktual

3 Sentyabr 2020, 13:32

Yunanıstanın Meis adasına reportaj hazırlamaq üçün yollanan Anadolu Agentliyinin Afina komandası irqçi bir yunan xəbər saytı tərəfindən agentlikdə ittiham olunub.

 

Modern.az xəbər verir ki, Türkiyənin düşməni olan yunan saytının bu yanaşması Qlobal Jurnalistlər Şurası (KGK) tərəfindən də tənqid edilib. KGK İdarə Heyəti tərəfindən dərc olunan yazılı açıqlama belədir:

 

“Anadolu Agentliyinin Afina nümayəndəsi Tevfik Durul və fotomüxbir Ayxan Mehmet Yunanıstanın paytaxtından Rodosa, oradan da gəmi ilə Meis Adasına gediblər. Yunanıstanda fəaliyyət göstərən Türkiyəyə düşmən münasibəti ilə seçilən, irqçi Turkikanea.gr isə provokativ bir mətn yaydı. Saytın yaydığı mətndə "Niyə Türkiyə vətəndaşı MİT agentlərinin Meisə getməsinə icazə veririk? Niyə adaya ayaq basmalarına icazə verdik. Bu MİT agentlərinin nə etməyə çalışdıqlarını bilmirikmi? Ümid edirəm səlahiyyətlilər lazım olanı edəcək!" şəklində təhrikedici ifadələrdən istifadə edilib. Həmçinin, sözügedən saytda Anadolu Agentliyinin nümayəndəsi T. Durulun yalnız Yunanıstan səlahiyyətlilərinin əlində ola biləcək şəxsiyyət vəsiqəsinin fotoları da yayımlanıb. Yunanıstan rəsmiləri hələ ki, bu məsələ barədə açıqlama verməyiblər. Demokratiya və mətbuat azadlığı anlayışından uzaq olan Yunanistan səlahiyyətlilərinin vətəndaşın şəxsi məlumatlarını xəbər saytına çatdırdığı hər kəsə aydındır. Yunan saytının bu addımını pisləyirik. Bütün beynəlxalq mətbuat orqanlarını, peşəkar təşkilatları bu xəbəri qlobal jurnalistika normalarına uyğun olmadığına görə tənqid etməyə səsləyirik".

 

Qeyd edək ki, Türkiyənin Rabitə naziri Fahrettin Altun, qalmaqallı təhdidlə əlaqədar olaraq bu fikirləri səsləndirib:

 

"Həmin jurnalist dostlarımızın saçının telinə zərər gəlsə, əvəzini ödəyəcəksiniz". Anadolu Agentliyinin direktoru Şenol Kazancı isə iki jurnalistin hədəf alınmasının mətbuat azadlığına ciddi zərbə olduğunu söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı