Modern.az

UNEC-in 3 saylı yeni tədris korpusu - FOTOLAR

UNEC-in 3 saylı yeni tədris korpusu - FOTOLAR

Təhsil

3 Sentyabr 2020, 15:06

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.

 

 Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular.

 

XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub. Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib.

 

Qeyd edək ki, binanın tikintisinə 2018-ci ildən başlanılıb. Müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

 

Modern.az  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusunun köhnə fotolarını təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür