Modern.az

Jurnalistə ASA-da yüksək vəzifə verildi - TƏYİNAT

Jurnalistə ASA-da yüksək vəzifə verildi - TƏYİNAT

Media

3 Sentyabr 2020, 15:30

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni təyinat olub.

ASA-dan Modern.az-a verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olaraq çalışırdı.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. Ölkənin aparıcı media orqanları olan “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi