Modern.az

Məleykə Abbaszadə bugünkü buraxılış imtahanlarını şəxsən izləyib

Məleykə Abbaszadə bugünkü buraxılış imtahanlarını şəxsən izləyib

18 İyun 2012, 16:11


Xəbər verdiyimiz kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın 12 rayonunda növbəti buraxılış imtahanını keçirir. İmtahanlar Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan  şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün aparılır.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, qurumun  sədri Məleykə Abbaszadə şəxsən Saatlı-Sabirabad zonasına səfər edib və imtahanların gedişi ilə maraqlanıb:

“İmtahanda adı çəkilən rayonlar üzrə 11188 nəfər XI  sinif şagirdin imtahan verməsi nəzərdə tutulurdu və həmin imtahanlar başa çatıb. TQDK sədri Məleykə Abbaszadə Saatlı və Sabirabad rayonları üzrə birinci növbə imtahanların gedişini izləyib. İmtahanlar normal şəraitdə keçib”.

 

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?