Modern.az

“Bəzi vəzifəli şəxslər ruspərəst siyasət yürüdürdülər, vəziyyət artıq dəyişib” - “Beyin mərkəzi”nin rəhbəri - ŞƏRH

“Bəzi vəzifəli şəxslər ruspərəst siyasət yürüdürdülər, vəziyyət artıq dəyişib” - “Beyin mərkəzi”nin rəhbəri - ŞƏRH

4 Sentyabr 2020, 09:10

Rusiyanın “Nezavisimaya qazeta” nəşri son vaxtlar Azərbaycan haqqında dezinfromasiyalarla dolu silislə məqalələr tirajlayır. Həmin məqalələrdə əsasən iki tezis ortaya atılıb. Birincisi, guya 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçü Azərbaycana gətirilib. İkincisi, Türkiyənin Naxçıvanda döyüş təyyarələrindən ibarət gücləndirilmiş hərbi bazası var.


Bəzi ekspertlər deyirlər ki, “Nezavisimaya qazeta”ya belə sifarişli yazılar əsasən Kremldən ötürülür. Yəni rəsmi Moskvanın mövqeyi olmadan Rusiyada dövlət əeyhinə dərc olunan siyasi motivli məqalələrdə Azərbaycana qarşı ittihamların yer alması çətin inanılan məsələdir.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Modern.az saytına bu məsələni şərh edib. O, hesab edir ki, Rusiyada hər hansı dövlətə, hakimiyyətə və ya şəxsə qarşı kampaniya başlayanda bu, ölkənin bütün media və ictimai qurumlarında kütləvi xarakter alır:


“Məsələn, 2016-cı ildə Türkiyədə rus təyyarəsinin vurulmasından sonra hər yerdə sovet stilində kampaniya başlamışdı. İnformasiya müharibəsi kütləvi hala çevrilmişdi. İndi biz bu dərəcədə təxribat hiss etmirik. Ayrı-ayrı məqalələr sifariş şəklində də qeydə alına bilər. Bilirik ki, Vladimir Muxin, Stanislav Tarasov və s. şəxslər ermənipərəst mövqedən çıxış edirlər. Ona görə, hesab edirəm ki, bu cür sifarişli yazıları dərc etdirəcək şəxslər ola bilər.


Bundan əlavə, iki ölkə arasında gərginlik həqiqətən mövcuddur. Səbəb isə birmənalı olaraq, Rusiyanın Ermənistanı dəstəkləməsidir. Vaxtaşırı hər iki tərəfdən bəyanatlar verilir ki, “biz hərbi müttəfiqik”. Burada söhbət bizə qarşı olan fəaliyyətdən gedir. Tək iki ölkə arasında hərbi əməkdaşlıqdan söhbət getmir. Biz müşahidə edirik ki, 2016-cı il aprel hadisələrindən  və 2020-ci il Tovuz döyüşlərindən sonra məhz Ermənistanın hərbi infrastrukturunun yaxşılaşdırılmasına, işğal olunmuş ərazilərdə və sərhəddə olan zəif nöqtələrə  Rusiya yardım göstərib. Məsələn, Tovuz döyüşlərindən sonra məlum oldu ki, Ermənistanın antidron, radio-kəşfiyyat avadanlıqlarına daha çox ehtiyacı var. Bu hadisələr göstərdi ki, həmin məqamlar Ermənistanın zəif yeridir. Döyüşlərdən sonra bir daha aydın oldu, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması Rusiyanın dəstəyi olmadan mümkün deyil”.


Fərid Şəfiyevin sözlərinə görə, 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycana vəd olunmuşdu ki, Rusiya münaqişənin həlli istiqamətində səylərini artıracaq:


“Substantiv danışıqların aktivləşəcəyindən ağızdolusu danışılırdı. Əslində isə bu və ya digər səbəblərə görə, vədlər yerinə yetirilmədi. Əksinə Rusiya Ermənistanı bir az da gücləndirdi.


Hazırda regionda gərginliyi davam etdirən iki faktor var. Danışıqlar prosesində yeni Türkiyə faktoru ortadadır. Ona görə, yeni adlandırırıq ki, Türkiyə regionda Ermənistan-Azərbaycan münaqişəsində sözdə fəal olsa da, realda heç bir addım atmayıb. Lakin artıq Türkiyə qeyd edib ki, Azərbaycana Ermənistanın işğalçı siyasətinə qarşı real köməklik edə bilər. Bu, geosiyasi baxımdan Rusiyanın dominant rolunun yox olmasına gətirib çıxara bilər. Bu isə Moskvanı çox narahat edir.


İkinci faktor isə, Azərbaycanın daxilində uzun illərdir bəzi vəzifəli şəxslərin yürütdüyü siyasətdir. Həmin şəxslər ruspərəst siyasəti nəinki yeridirdilər, hətta imkan vermirdilər ki, xarici siyasi prioritetlər sahəsində müzakirələr aparılsın. Bu vəziyyət artıq dəyişib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır