Modern.az

«Azərsu»da işçilərə sertifikatlar verilib

«Azərsu»da işçilərə sertifikatlar verilib

Aktual

18 İyun 2012, 18:06

«Azərsu» ASС maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması üçün kadr potensialının gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

«Azərsu»nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, işlərin yeni standartlara uyğun yerinə yetirilməsi məqsədilə «Azərsu» əməkdaşlarının beynəlxalq praktika ilə tanışlıq, onun tətbiqi prosesində qarşıya çıxan problemlərin mümkün həlli yolları ilə əlaqədar konfrans, seminar və treninqlərdə iştirakları təmin olunub.

Eyni zamanda mühasibat uçotu sahəsində çalışan mütəxəssislərin beynəlxalq standartlar üzrə ilkin (baza) biliklərinin tədrisindən başlayaraq mərhələlərlə daha yüksək səviyyəli təlim almaları üçün mütəmadi kurslar təşkil edilir. Bu kurslar sırasında Beynəlxalq Mühasiblər Assosiasiyasının (IAB) və Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) proqramları əsasında təşkil edilmiş kursları qeyd etmək olar.

Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun (ICFM) proqramı əsasında kurslara cəlb edilmiş 20 əməkdaşdan 3-ü - İdarə aparatının mühasibat uçotu və hesabatı şöbəsinin mühasibi Sevinc Hüseynova, Oğuz Qəbələ Bakı Su Kəmərləri idarəsinin baş mühasibi Fazil Bayramov və Sukanal Elmi Tədqiqat və Layihə İnstitutunun baş mühasibi Bəhram Abdullayev bu proqramı müvəffəqiyyətlə başa vuraraq diploma layiq görülüblər. Kursları müvəffəqiyyətlə başa vurmuş əməkdaşlara diplomları «Azərsu»nun sədri Qorxmaz Hüseynov təqdim edib.

Kursları müvəffəqiyyətlə bitirmiş və müvafiq diploma yiyələnmiş mütəxəssislərin gələcəkdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar biliklərə yiyələnməsi üçün maliyyə və mühasibat sahəsində beynəlxalq aləmdə tanınmış ACCA DIP IFR (Sertifikatlaşdırılmış və vəkil edilmiş Mühasiblər Assosiasiyasının) proqramları üzrə tədrisi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq standartların tətbiqi sahəsində böyük təcrübəsi olan nüfuzlu «Ernst &Young» şirkəti ilə məsləhət xidməti göstərilməsi üçün müqavilə imzalanıb və cari ilin əvvəlində şirkət MHBS-na Keçid Planını hazırlayaraq səhmdar cəmiyyətə təqdim edib. Keçid Planına uyğun olaraq «Azərsu»da müəyyən işlər görülüb, qarşıya çıxan məsələlərlə bağlı tövsiyələr vermək və görüləcək işlərin istiqamətləndirilməsini həyata keçirmək məqsədilə nəzarətedici orqan rolunu həyata keçirən Komissiya yaradılıb.




Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır