Modern.az

BAXCP qurultay konfranslarına cənubdan başladı

BAXCP qurultay konfranslarına cənubdan başladı

18 İyun 2012, 18:18

Partiyanın qurultayına 5 rayondan 96 nümayəndə seçilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının III (IV) Qurultayına hazırlıq işləri davam etdirilir. Artıq partiyanın 5 rayon təşkilatında hesabat-seçki konfransları keçirilib. Bu barədə BAXCP-nin mətbuat xidmətinə açıqlamasında qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədr müavini, partiyanın baş katibi Söhrab Abdullayev məlumat verib. Söhrab Abdullayevin sözlərinə görə, ötən həftə ərzində BAXCP-nin Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında hesabat-seçki konfransları keçirilib:

"Bütün konfranslar BAXCP-nin Nizamnaməsinə uyğun şəkildə keçirilib və heç bir pozuntu qeydə alınmayıb. Ümumilikdə 5 rayondan BAXCP-nin III (IV) Qurultayına 96 nəfər nümayəndə seçilib".

Baş katib bu ilin oktyabr ayınadək BAXCP-nin bütün rayon və şəhər təşkilatlarında hesabat-seçki konfranslarının keçiriləcəyini bildirib. Qeyd edək ki, respublikanın cənub rayonlarında keçirilən hesabat-seçki konfranslarında BAXCP-nin baş katibi Söhrab Abdullayevlə yanaşı Ali Məclisin sədri Vaqif Abışov da iştirak edib.

Xatırladaq ki, BAXCP-nin nizamnaməsinə uyğun olaraq, partiyanın III (IV) Qurultayı bu ilin oktyabrında keçiriləcək.

Mail Ağaxanov    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?