Modern.az

Bu universitetin tələbələrinə aylıq yemək və geyim xərci veriləcək - Baş nazirdən qərar

Bu universitetin tələbələrinə aylıq yemək və geyim xərci veriləcək - Baş nazirdən qərar

4 Sentyabr 2020, 16:02

Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, qərarla İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

 

Qərarla aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir