Modern.az

Qarabağ: Obama, Putin və Hollandın yeni bəyanatı

Qarabağ: Obama, Putin və Hollandın yeni bəyanatı

Aktual

19 İyun 2012, 09:00

“G-20”- “20-lik Qrupu”nun Meksikanın Los Kabos şəhərində keçirilən zirvə toplantısında ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Fransua Holland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaiqşəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər.

 Bu barədə xəbəri, Ağ Evin mətbuat xidməti yayıb. 
AzərTAc xəbər verir ki, iyunun 18-də qəbul etdikləri bəyanatda ATƏT-in Mİnsk qrupunun həmsədr ölkələrinin başçıları bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə sadiq qalırlar. Onlar münaqişə tərəflərinə müraciət edərək uzun müddətli və dinc nizamasalma yolunun əldə edilməsi üçün lazim olan vacib qərarların qəbul edilməsini gecikdirməməyə çağırıblar. 
Barak Obama, Vladimir Putin və Fransua Holland təəssüflə qeyd ediblər ki, “Boyük 8-liy”in ötən ilin mayında Fransadakı zirvə toplantısında onların birgə bəyanatında səsləndirilən qəti addımları Azərbaycan və Ermənistan prezidentləri atmayıblar. Buna baxmayaraq, hərtərəfli sülh üzrə işi başa çatdırmaq üçün indiyədək əldə edilən irəliləyiş münasib məqam yarada bilər. 
Bəyanat müəllifləri Ermənistan və Azərbaycan liderlərini 2012-ci ilin yanvarında Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əsas Prinsiplər üzrə razılığa gəlməyi surətləndirmək haqda üzərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağırıblar.
Minsk qrupu həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatında vurğulanıb ki, siyasi iradənin nümayişi kimi, tərəflər danışıqlardakı maksimalist mövqelərindən geri çəkilməli, 1994-cü ilin atəşkəs rejimi haqda razılaşmaya hörmətlə yanaşmalı, gərginliyi artıran aqressiv ritorikadan istifadə etməməlidilər. Prezidentlər münaqişənin həllində tərəflərə Helsinki Yekun Aktının prinsipləri, xüsuilə də güc tədbiqindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddaratını həlletmə hüqularına, eləcə də 2009-cu ildə Lakila və 2012-cu ildə Muskokada Minsk qrupu həmsədr ölkələrinin bəyanatlarında əks etdirilən nizamasalma elementlərinə əsaslanmağı məsləhət görüblər. “Hərbi qüvvə münaqişəni həll etməyəcək və bölgədə insanların əzablarını və çətinliklərini daha da uzadacaq”ını hesab edən ABŞ, Rusiya və Fransa prezindetlərinin fikrincə, bölgəni status-kvo-dan çıxaraq təhülkəsiz və rifahlı gələcəyə yalnız danışıqlar yolu ilə əldə edilən sülh apara bilər. 
Birgə bəyanatın sonunda bildirilib ki, Amerika, Rusiya və Fransa münaqişə tərəfləri ilə birgə işi davam etdirməklə onları Minsk qrupu həmsədrlərinin vasitəçiliyindən tam yararlanmağa çağırırlar. Bununla yanaşı, nəticə etibarı ilə, sülh münaqişə tərəflərinin nümayiş etdirəcəyi qarşılıqlı anlaşma və sülhün bütün insanlara və gələcək nəsillərə gətirəcək faydanı anlamalarından asılı olacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi