Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı yenidən artdı

Rusiyada koronavirusa yoluxanların sayı yenidən artdı

Aktual

5 Sentyabr 2020, 13:48

Rusiyada koronavirusa yoluxma sayı yenidən artıb.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində 5 min 205 nəfərdə Covid-19 aşkarlanıb.

 

Beləliklə, xəstələrin sayı 1 milyon 20 min 310 nəfərə yüksəlib.

 

Son gündə ölkədə ölüm sayı 110 nəfər artaraq ,17 min 759-a, sağalanların sayı 5 min 379 nəfər artaraq 838 min 126-ya çatıb.

 

Paytaxt Moskvada yoluxma sayı son 24 saat ərzində 671 nəfər artaraq, 265 min 737-yə, ölüm sayı isə 11 nəfər artaraq, 4 min 878-ə yüksəldi.

 

Qeyd edək ki, Rusiyada Covid-19-a ilk yoluxma hadisəsi 31 yanvarda qeydə alınıb. Koronavirusdan ilk ölüm isə 19 martda baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir