Modern.az

Gecikmiş məhəbbət və ya baş tutmayan toy

Gecikmiş məhəbbət və ya baş tutmayan toy

Ədəbi̇yyat

6 Sentyabr 2020, 09:24

Firuz Mustafa

Hər ikisi yaşlı adamlar idi. Təqaüd yaşlarını keçmişdilər. Qadın elmi-tədqiqat institutunda bizimlə birgə çalışırdı, ixtisasca hüquqşünas idi. Kişi isə qonşu instituda işləyirdi, şərqşünasdı. Hər ikisi öz sahələrində tanınmış alimlər idi. Və hər ikisi Arazın o tayında doğulmuşdu. Səhv etmirəmsə, siyasi mücahir idi hər ikisi.

Kişinin həyat yoldaşı rəhmətə getmişdi. Qadın isə ümumiyyətlə ailə qurmamışdı. Yəni hər ikisi subay idi. Öz tay-tuşları bu yaşlı adamlara məsləhət görmüşdülər ki, ömrün bu ahıl çağında və soyuq küləklərin əsdiyi bir vaxtda ailə qurub bir yerdə, necə deyərlər bir isti ocaqda yaşaya bilərlər.

Qadının bir az qəribəlikləri vardı. Açıq-açığına deyirdi ki, ilk dəfədir ailə qurur, buna görə də gərək mütləq toy çalınsın. Və ən əsası bu xanım bu yaşında gəlinlik libası geymək istəyirdi. Kişi isə bununla qətiyyən razılaşmırdı. Deyirdi ki, yaşlı adamıq, bizə nə toy, nəbəylik-nə gəlinlik libası..?

Qadın klassik hüquqşünas qətiyyəti ilə öz dediyindən bir adddım belə geri dönmədi. Elə bizim şərqşünas alim dostumuz da... Beləliklə bu izdivac baş tutmadı. Hə də, əsasən, gəlinlik paltarına görə.

Sonra...

İndi onların heç biri həyatda yoxdur.

Həyatdır də... Hərə öz ömrünü bir cürə yaşamalı olur. Mən qətiyyən onların heç birini qınamıram.

P.S. 37-ci cildi sistemləşdirdim. Burada ədəbi etüd və eskizlər toplanıb. Bilirəm, indi siyasət mənəviyyatı və ədəbiyyatı kölgədə qoymaqdadır. Amma əksinə olsa, daha yaxşı ola bilir....

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!