Modern.az

Azərbaycan həqiqətləri xarici ölkə kanalında – Türkmeneli TV

Azərbaycan həqiqətləri xarici ölkə kanalında – Türkmeneli TV

19 İyun 2012, 12:51

Ali Kasapoğlu: Qarabağ probleminə geniş yer ayırırıq”

Ölkəmizdə səfərdə olan İraqın Türmeneli TV kanalının xəbər müdiri Ali Kasapoğlu kanalın fəaliyyət proqramı, iş və xəbər baxımından yayım bölüsü ilə bağlı məlumatları Modern.az saytı ilə bölüşdü. O, Azərbaycanla bağlı məsələlərin yayımlanması prinsipinə də aydınlıq gətirdi.

Türkməneli TV-nin xəbər müdiri Ali Kasapoğlu ilk növbədə kanalın özəl olaraq fəaliyyət göstərdiyini vurğuladı : “Türkmeneli TV özəl olaraq yayımlanır. Kanal öz fəaliyyətinə 2004-cü ildən başlayıb. İki dildə: həm türk, həm də ərəb dilində yayımlanır. Yayım strategiyası da Türkmən davasına xidmət etmək üçün nəzərdə tutulub. İş fəaliyyətinin əsas hissəsini İraqdakı türkmənlərin  çətinliklərini, ağır günlərini anlatmaqdır. Bir də əsas məqsədlərindən biri İraqdakı meydana gələn hər cür haqsızlıqları bütün dünyaya tanıtmaqdır. Kanalın fəaliyyət baxımından bölgüsü də zəngindir. Həm siyasi, həm mədəni, həm tarixi məsələlərə yer ayrılır“.

Ali Kasapoğlu Azərbaycan ilə bağlı bəzi məqamlara da toxundu: “Kanalda Azərbaycanla bağlı bir sıra məqamlara, ölkənin mədəniyyətinə, tarixinə və Qarabağ məsələsinə də çox geniş yer ayrılır. Azərbaycanın işğal olunmuş torpaqlarının işğal günlərində bizim kanalda xüsusi xəbərlər və verilişlər hazırlanır. Gün ərzində də hər hansı bir hadisə olarsa həmin an biz də efirə veririk. Amma deyim ki, Ermənistanla bağlı bir dənə də olsa müsbət hadisə, ya məqam verilmir. Əksinə, Azərbaycana qarşı etdikləri vəhşilikləri ön plana çəkməyə çalışırıq. Ermənistanın işğalçı bir ölkə olduğunu da hər an daha geniş şəkildə İraq və dünya ictimaiyyətinə çatdırırıq”.

Könül Səid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir