Modern.az

Bakcelldən hədiyyə! “Bu Şəhərdə”!

Bakcelldən hədiyyə! “Bu Şəhərdə”!

Aktual

19 İyun 2012, 13:13

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən Bakcell şirkəti abunəçilərini sevindirməyə davam edir. Daim müştərilərini düşünən Bakcell şirkəti uzun illərdir sevib-sevilən və çıxışları ilə tamaşaçılarının zövqünü oxşayan “Bu Şəhərdə” layihəsinin regionlarımıza səfərini təşkil etmişdir. Azərbaycanın gözəl diyarları olan Lənkəran, Şirvan, Şəki, Qəbələ, Quba, Bərdə, Gəncə və  Mingəçevirdə konsert proqramları ilə çıxış edəcək “Bu Şəhərdə” dueti yerli əhalinin qızmar yay günlərinə gülüş qatacaqdır.    Konsertlərə giriş əhali üçün tamamən pulsuz olacaqdır. Bundan əlavə, məkanların giriş hissəsində quraşdırılacaq olan böyük monitorlar konsert zalına keçə bilməyən izləyicilərə tamaşanı görmək imkanı yaradacaqdır. Kampaniyanın təfərrüatları, konsertlərin keçirilmə yerləri və tarixləri barədə ətraflı məlumatı Bakcell-in internet və facebook səhifələrində əldə edə bilərsiniz. www.bakcell.com www.facebook.com/bakcell    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır