Modern.az

Ermənistanda türk filmləri festivalı keçiriləcək

Ermənistanda türk filmləri festivalı keçiriləcək

Təhsil

20 Yanvar 2010, 11:14

Ermənistanda türk filimlərinin festivalı keçiriləcək. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, festival “Qafqaz sülhməramlı təşəbbüsləri mərkəzi” tərəfindən təşkil olunacaq. Mərkəzin rəhbəri Giorgi Vanyanın sözlərinə görı, hazırda festivalda iştirak edəcək filmlərin seçimi aparılır. Tədbir fevralın 25-dək davam edəcək. Münsiflər heyəti 7 ən yaxşı filmi bəyənəcək, onlar  tamaşaçıların ixtiyarına buraxılacaq.
Filmə baxışdan sonra tamaşaçılar özləri səsvermə yolu ilə ən yaxşı ekran əsərini seçəcək. Filmlərin İrəvan, Qafan və digər şəhərlərdə nümayişi nəzərdə tutulub. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır