Modern.az

Təhsil Nazirliyi dərsin müddətinə AYDINLIQ GƏTİRDİ: “Dərs saatı 45 dəqiqə olacaq”

Təhsil Nazirliyi dərsin müddətinə AYDINLIQ GƏTİRDİ: “Dərs saatı 45 dəqiqə olacaq”

Təhsil

7 Sentyabr 2020, 20:09

"İbtidai siniflərdə bir dərsin 25, 5-6-cı siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”.

V.Yaqublu əlavə edib ki, virtual dərslərin isə müddəti 30 dəqiqədən çox olmamalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür