Modern.az

20 yanvar faciəsi ilə bağlı istintaq materialları hələ də Moskvadadır

20 yanvar  faciəsi ilə bağlı istintaq materialları hələ də Moskvadadır

20 Yanvar 2010, 13:57

20 yanvar faciəsini törədən sovet ordusunun  hərbçiləri  barədə  68 cildlik cinayət işi SSRİ-Prokuroluğu tərəfindən Moskvaya aparılıb və bu vaxta kimi qaytarılmayıb. Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə bugünkü açıqlamasında respublikanın baş prokuroru Zakir Qaralov bildirib. Onun sözlərinə görə,  20 yanvar hadisələri ilə bağlı o vaxtkı hakimiyyət  lazımı tədbirlər görməyib.

“Azərbaycandakı sovet hakimiyyəti öz xalqını müdafiə  etməyib və  20 yanvar hadisələrinə düzgün hüquqi-siyasi qiymət verməyib. Təəsüflər olsun ki, sovet hərbçilərinə qarşı açılmış cinayət işi SSRİ Prokurorluğu tərəfindən xətm olunub. Yalnız  ümummilli lider  Heydər Əliyev hakimiyyətə gələndən sonra həm bu hadisələrə hüquqi-siyasi qiymət verilib, həm də o dövrdəki cinayət işləri bərpa olunub”-deyə baş prokuror bildirib. Onun sözlərinə görə, xalqımıza qarşı törədilmiş bu cinayətdə əli olduğuna görə Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Vaqif Hüseynovun cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi qərar qəbul edilib.  Baş prokuror bu şəxslərin mühakimə olunacağını bəyan edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub