Modern.az

Amerika Ukrayna prezident seçkilərinə yüksək qiymət verib

Amerika Ukrayna prezident seçkilərinə yüksək qiymət verib

20 Yanvar 2010, 14:00

ABŞ Ukraynada prezident seçkilərinin birinci turunun keçirilməsini alqışlayır. Modern.az-ın Ukrayna mətbuatına istinadən veriyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli açıqlama verib.  DP rəsmisi qeyd edib ki, Amerika seçkilərin ən yüksək beynəlxalq standartlara cavab verdiyini bəyan edir. “Biz 17 yanvar prezident seçkiləri ilə əlaqədar  ukraynalıları təbrik edirik, seçkilər ATƏT-ə görə yüksək  standartlara cavab verib və əvvəlki seçkilərlə müqayisədə nəzərəçarpacaq proqresi nümayiş etdirib”-deyə Dövlət Departamenti rəsmisi bildirib. Krouli əlavə edib ki, son seçkilər bir daha Ukraynada demokratiyanın inkişafının əyani nümayişi olub.

 

“Birləşmiş Ştatlar fevralın 7-ə təyin olunmuş ikinci tur seçkilərin ədalətli və şəffaf keçirilməsinə ümid edir”.

 

Krouli qeyd edib ki, rəsmi Vaşinqton Ukrayna xalqının prezident seçəcəyi istənilən liderlə işləmək imkanını gözləyir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır