Modern.az

Türkiyəli deputat: “Media Platformasının yaradılması çox önəmlidir”  

Türkiyəli deputat: “Media Platformasının yaradılması çox önəmlidir”  

Media

9 Sentyabr 2020, 15:32

“Media Platformasının yaradılması çox önəmlidir”

 

Bu sözləri Modern.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel deyib.

 

O qeyd edib ki, jurnalist olaraq zaman-zaman Azərbaycan mediası, jurnalistlərlə sıx əlaqələr qurmağa çalışıb:

 

“Elşad Eyvazlının rəhbərlik etdiyi Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Türkiyə və Azərbaycan jurnalistlərinin birlikdə həyata keçirdiyi müzakirələr oldu və bu çox əhəmiyyətli idi. Azərbaycanlı jurnalistləri Türkiyədə qəbul etdik, eləcə də Azərbaycanda bir neçə dəfə geniş toplantılar həyata keçirdik. Bütün bunlar iki ölkə arasında media əlaqələrinin artırılmasına xidmət edirdi. Türkiyə-Azərbaycan Media Platforması dövlətlərin təşəbbüsü ilə qurulan bir təsisat olacaqsa, çox müsbət tərəfləri var. Hesab edirəm ki, bu platformanın fəaliyyətinə tək Türkiyə və Azərbaycan qoşulmaqla kifayətlənməməlidir. Bütün dünyadakı türk cümhuriyyətlərini də əlavə etmək, münasibətləri gücləndirmək vacibdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!