Modern.az

Bərabərsizliyin artması, Çin və ABŞ arasında “soyuq müharibə - Geosiyasi PROQNOZ

Bərabərsizliyin artması, Çin və ABŞ arasında “soyuq müharibə - Geosiyasi PROQNOZ

10 Sentyabr 2020, 12:00

Almaniyanın “Deutsche Bank” dünyanın siyasi və iqtisadi gələcəyi ilə bağlı proqnozla çıxış edib.

Modern.az xəbər verir ki, bankın ekspertləri beynəlxalq miqyasda qloballaşma və inteqrasiya meyllərinin azalacağını, “dağınıqlıq dövrü”nün başlayacağını təxmin edir.

 

Deutsche Bank”ın fikrincə, qarşıdakı illərdə fond bazarlarında qiymətlərin ucuzlaşacağını, hökumət borcunu artması və ABŞ-la Çin arasında rəqabətin kəskinləşməsi gözlənilir.

“Qloballaşmanın 2-ci dövrü sayılan 1980-2020-ci illəri ekspertlər tarixdə qiymət və səhmlərin artdığı ən yaxşı dövr hesab etmək olar. Amma bundan sonrakı mərhələ eyni tempin qalması ehtimalı çox azdır. “Dağınıqlıq dövrü” Çinlə ABŞ arasında geosiyasi rəqabət dövrü olacaq. Artıq 2030-cü ildə Ümumi Daxili Məhsul istehsalının həcminə görə, ABŞ-ı geridə qoyacaq Çin Qərb liberalizminə qarşı öz dəyərlər sistemini qarşı qoyacaq. Bu isə Qərblə Çin arasında mədəniyyət və siyasət mübarizəsinə çevriləcək”.

 

1.Çin və ABŞ arasında münasibətlərin poisləşməsi, sərhədsiz qloballaşmadan imtina.

2.Avropanın gələcəyini müəyyən edəcək onillik

3.Dövlət borclarının artması

4.İnflyasiya və deflyasiya

5.Bərabərsizliyin dərinləşməsi

6.Nəsillər arasında uçurumun dərinləşməsi

7.İqlim dəyişikliyi ətrafında diskussiyaların dərinləşməsi

8.Texnoloji inqilab

 

“Deutsche Bank” ekspertləri Yaxın Şərq və Afrikada ABŞ, Çin, Avropa Birliyi, Türkiyə və Rusiya arasında nüfuz savaşının kəskinləşəcəyini təxmin edir.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?