Modern.az

Təhsil müəssisələrində yeməkxanalara dair TƏLƏBLƏR müəyyənləşdi

Təhsil müəssisələrində yeməkxanalara dair TƏLƏBLƏR müəyyənləşdi

Təhsil

10 Sentyabr 2020, 21:26

"Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib.

Modern.az-ın məlumatına görə, qərara əsasən:


4.9.1.internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir;

4.9.2. internat tipli ümumi təhsil müəssisələrində:

4.9.2.1. yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

4.9.2.2.  yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür;

4.9.2.3.  təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir;

4.9.2.4. ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

4.9.2.5. yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır;

4.9.2.6.  yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır;

4.9.2.7. yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir;

4.9.3. mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;

4.9.4. peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü