Modern.az

DİM müsabiqə şərtlərini aşağı salacaq? - Rəsmi cavab

DİM müsabiqə şərtlərini aşağı salacaq? - Rəsmi cavab

Təhsil

11 Sentyabr 2020, 12:24

“Çox adam deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtlərini aşağı salın. Müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən uşaqlar var. Onlar da pandemiya şəraitində hazırlaşıblar”.

 

Modern.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Onun sözlərinə görə, müəyyən kənd və regionların məktəbləri yüksək nəticə göstərib:

 

“Bu ilin mediana göstəricini bütün imtahan verənlərin tam yarısına bölsək, görərik ki, orta nəticə bu il 303,74 baldır, keçən il 297,21 olub. İmtahan verənlərin yarısı 303 bal toplayıb. Bu il III qrupda 21410 nəfər imtahan verib. Builki qəbulda III ixtisas qrupunda kifayət qədər yüksək müsabiqə formalaşacaq. Plan yerlərinin sayı da təsir göstərir, III qrupda bu il 1015 plan yeri artıb, bu da 9% artım deməkdir. Dövlət sifarişli yerlər də 4256-dir. Onlardan 30-u Moskva Dövlət Universitetindədir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir