Modern.az

Şagirdlərin yerdəyişməsi başa çatdı

Şagirdlərin yerdəyişməsi başa çatdı

11 Sentyabr 2020, 14:25

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

 

Portalda mövcud sorğuların tamamlanması  prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

 

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir