Modern.az

Bu müəllimlər koronavirus testindən keçəcəklər - RƏSMİ

Bu müəllimlər koronavirus testindən keçəcəklər - RƏSMİ

Təhsil

11 Sentyabr 2020, 16:20

Müəllimlərin koronavirus testindən keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyilib.

Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərdə təhsil prosesi başlayanda təhsilverən və təhsilanlarla bağlı hər hansı şübhə olarsa, Səhiyyə Nazirliyi və GEM-lə birgə test keçiriləcək:

 

"Hərarət, öskürək, dadbilmə, iybilmənin itməsi olarsa, həmin şəxslər  COVİD-19 testindən keçiriləcək".

R.Ağayev bildirib ki, müəllimlər dərs vaxtı maskadan əlavə, üz sipərindən də istifadə edəcək, onlara üz sipəri veriləcək. 

 

Onun sözlərinə görə, məktəbə daxil olanlar - müəllimlər, məktəb heyəti mütləq maskadan istifadə etməlidir:

 

"Təhsilalanların maska taxması onların valideynlərinin istəyindən asılı olacaq. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi