Modern.az

Məktəblərdə məlumatlandırıcı lövhələr asılacaq

Məktəblərdə məlumatlandırıcı lövhələr asılacaq

Təhsil

11 Sentyabr 2020, 16:26

Yeni dərs ilində ibtidai siniflərdə birinci dərs saatının gigiyenik qaydalara əməl edilmə, 5-9-cu siniflərdə “Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir”, 10-11-ci siniflərdə “Məsuliyyətli davranış məsuliyyətli vətəndaşın göstəricilərindəndir” mövzularına həsr edilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, qaydalar təhsil prosesinin bütün tərəflərini əhatə edib. Bu qaydaların necə reallaşacağı isə məktəb kollektivinin və cəmiyyətin üzərinə düşür. 

 

V.Yaqublu qeyd edib ki, məktəblərdə virusdan qorunmağı təşviq edən posterlər asılacaq. Bunlar artıq hazırlanaraq məktəblərə çatdırılır.

 

Nazirlik rəsmisi əlavə edib ki, Bilik Gününün keçirilməsi kütləvi tədbirlər hesab edildiyindən sentybarın 15-də məktəblərdə həmin gün qeyd edilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub