Modern.az

Nazirlik onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlayır

Nazirlik onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlayır

11 Sentyabr 2020, 19:55

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir:

 

“Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs və onlayn dərslərdən öyrəndiklərinin qiymətləndirməsini aparacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir