Modern.az

UNEC-in rektoru ictimai şuranın üzvlərini yeni tədris korpusu ilə tanış etdi

UNEC-in rektoru ictimai şuranın üzvlərini yeni tədris korpusu ilə tanış etdi

Aktual

12 Sentyabr 2020, 14:40

“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Universitetin ictimai nəzarət Şurası üzvləri olaraq bizləri UNEC-in Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunmuş binası ilə tanış etdi. Doğrusu yeni korpus hər birimizdə yüksək təəssürat yaratdı”.

 

Modern.az xəbər verir ki, bu barədə Vətəndaşların Əmək və Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri Sahib Məmmədov danışıb.

 

O bildirib ki, o hələ ötən əsrin 90-cı illərində ABŞ Kaliforniya Universitetinin Oklend və Berkli şəhərlərindəki kampuslarında Azərbaycanda da nə vaxtsa belə müasir universitetlərin olmasını arzulayıb:

 

“Açığı o zaman bunu ancaq xəyallarımızda canlandıra bilərdik. Amma indi biz ADA Universitetinin, UNEC-in müasir kampuslarını görəndə xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Bu kampuslar dünyanın ən müasir universitetlərinin tədris binaları ilə rəqabətə girmək qabiliyyətindədir.

 

İndi qalır təhsilin keyfiyyətinin həmin universitetlərin təhsil səviyyəsinə qaldırılması. UNEC rektoru, professor Ədalət Muradovun dediyi kimi həm hökumətin, həm universitetin, həm də cəmiyyətin birgə səyləri olmalıdır.

 

UNEC-in bu yeni korpusu ilə tanış olandan sonra hamımızda belə qənaət formalaşdı ki, belə bir tədris binasında əla oxumaqdan başqa variant qalmır. Tələbələri, UNEC müəllim və professor heyətini və şəxsən hörmətli Ədalət müəllimi və xalqımızı təbrik edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi