Modern.az

Deputat: “Livandan köçürülən ermənilər bilməlidirlər ki, Şuşa onların vətəni deyil”

Deputat: “Livandan köçürülən ermənilər bilməlidirlər ki, Şuşa onların vətəni deyil”

12 Sentyabr 2020, 15:45

“Azərbaycan ərazisinin 20 faizini işğal edən, təcavüzkar siyasəti ilə 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün fundamental hüquqlarının pozulmasına səbəb olan Ermənistan müharibə cinayətlərini davam etdirir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

 

H.Babaoğlu qeyd edib ki, elə Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması bunun bariz təzahürü və növbəti nümunəsidir:

 

“Ermənistanın Livanda baş verən faciədən öz çirkin məqsədləri və təcavüzkar niyyətləri üçün istifadə edərək, qeyri-qanuni məskunlaşdırma siyasəti aparması Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür. Bu, eyni zamanda, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətininnövbəti təxribat və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir. Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Bu isəəslində işğalçı ölkə tərəfindən hərbi təxribatların diplomatik müstəvidə davam etdirməsidir. Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn kobud surətdə pozulması, 1949-cu il Cenevrə Konvensiyalarına  tələblərinin gözardı edilməsidir. İşğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilir və 1946-cı ildə Nürnberq Beynəlxalq Hərbi Tribunalında da əsas hərbi cinayətlərdən biri hesab olunaraq  məhkəmə qərarı ilə əmsal təşkil edir. Ona görə də hər şeydən öncə Paşinyan və onun siyasi komandası dəqiq bilməlidir ki, bu cinayətlərə görə mütləq cavab verəcəklər”.

 

Millət vəkili deyib ki, Livandan köçürülən ermənilər də bilməlidirlər ki, Şuşa onların vətəni deyil:

 

“Bir gün mütləq oradan geri köçürüləcəklər. Onların içərisində olan terrorist və muzdlular isə Azərbaycan ordusunun qəhrəman əsgərləri tərəfindən məhv ediləcəklər. ATƏT-in Minsk qrupu mütləq bu məsələyə münasibət bildirməli, işğalçı ölkəni bu addımından çəkindirmək üçün ona təzyiq etməli və vaxt itirmədən danışıqları prosesini başlatmalıdır. Əks təqdirdə əlavə gərginlik regionda hərbi –siyasi vəziyyəti daha da kəskinləşdirəcək.  Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub