Modern.az

Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı bəlli oldu

Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı bəlli oldu

Dünya

13 Sentyabr 2020, 17:44

Son sutkada Özbəkistanda koronavirusa 578 nəfər yoluxub. Beləliklə pandemiya dövründə Özbəkistanda virusa yoluxanların sayı 47 min 42 nəfər olub.

 

Modern.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son gündə infeksiyadan 5 xəstə ölüb və vəfat edənlərin sayı 388 nəfərə çatıb.

 

Qeyd edilir ki, müalicə müəssisələrində 3 min 143 xəstə var, onların 475-nin vəziyyəti ağır, 224-nün isə kritikdir.

 

Son 24 saatda virusdan 488, ümumiyyətlə isə 43 min 511 nəfər sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir