Modern.az

Uqo Çaves: “Haiti zəlzələsini ABŞ-ın məxfi silahı törədib”

Uqo Çaves: “Haiti zəlzələsini ABŞ-ın məxfi silahı törədib”

20 Yanvar 2010, 17:13

Venesuela prezidenti Uqo Çaves ABŞ-a qarşı növbəti şok ittihamla çıxış edib. Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən Çaves bəyan edib ki, 200 minə yaxın dinc sakinin həlak olduğu Haiti zəlzələsini Amerika yaradıb. Çaves qeyd edib ki, Haiti yeraltı təkanlarını ABŞ-ın məxfi silahı törədib. O, bildrib ki,  “Haitidəki zəlzələ ABŞ Hərbi Dəniz Donanmasının keçirdiyi sınaqların nəticəsidir”.

Venesuela prezidenti fikrini  bir qədər də dəqiqləşdirərək əlavə edib ki, “bu, Birləşmiş Ştatların yaratdığı zəlzələ məşqidir”.  Çaves Birəlşmiş Ştatları itiham edərək bəyan edib ki, amerikallar öz təlimləri ilə Haitini yerlə yeksan ediblər, bu aksiyanın son məqsədi yeraltı təkanlar seriyası vasitəsi ilə İranı devirməkdir.

  Maraqlıdır ki, Çaves qeyd edir ki, öz ittihamlarında Amerika donanmasının Karib dənizindəki hərəkətlərini izləyən Rusiyanın Şimal donanmasının hazırladığı hesabata əsaslanıb.    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir