Modern.az

Nazirlikdən XƏBƏRDARLIQ: Direktor müəllimi spirt almağa məcbur edə bilməz!

Nazirlikdən XƏBƏRDARLIQ: Direktor müəllimi spirt almağa məcbur edə bilməz!

Təhsil

14 Sentyabr 2020, 11:27

"Bütün məktəblər sabahkı dərs gününə hazırdır. Hər bir məktəb dezinfeksiya olunub".

Bu fikirləri Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.


Nazirlik rəsmisi müəllimlərin məcburi qaydada  spirt məhsullarını almasına da aydınlıq gətirib:


“Yayılan iddialar əsassızdır. Dövlət xətti ilə bütün məktəblərə tibbi məhlullar paylanılıb. Əgər hansısa müəllim çantasında spirt gətirərsə, buna bir söz deyə bilmərik. Ancaq müəllimlərin  məcburi qaydada spirt alması xəbərləri doğru deyil”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir