Modern.az

Sabah bütün şagirdlərin məktəbə gəlməsinə ehtiyac yoxdur - Nazirlik

Sabah bütün şagirdlərin məktəbə gəlməsinə ehtiyac yoxdur - Nazirlik

Təhsil

14 Sentyabr 2020, 13:28

Təhsil Nazirliyi yeni tədris ilinin ilk günündə şagirdlərin məktəbə hansı formada gedəcəyi məsələsinə aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) keçiriləcək.

 

Lakin sabah bütün ibtidai sinif şagirdlərinin məktəbə getməsinə ehtiyac yoxdur. Şagirlər məktəb rəhbərliyinin müəyyən etdiyi dərs cədvəli əsasında, növbəlilik prinsipi ilə məktəbə gedəcəklər:

 

"Bununla bağlı artıq məktəb rəhbərliyi valideynləri məlumatlandırıb. Valideynlər bu cədvələ uyğun uşaqlarını müəyyən edilmiş günlərdə məktəbə göndərməlidirlər. Bu, eyni zamanda 1-ci sinif şagirdlərinə də aiddir. Sabah bütün 1-ci sinif şagirdlərinin məktəbə gəlməsinə ehtiyac yoxdur". 

 

Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub.

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

 

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi