Modern.az

Nazirlikdən müəllim olmaq istəyən namizədlərə MÜRACİƏT

Nazirlikdən müəllim olmaq istəyən namizədlərə MÜRACİƏT

14 Sentyabr 2020, 15:18

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlərə müraciət edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, elektron yerləşdirmələr aparıldıqdan sonra müsabiqədə vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə zəruri sənədlər və işə qəbulun nəticəsinə dair çıxarış göndərilir:

"Nəzərinizə çatdırmaq istəyirik ki, çıxarışın şəxsi səhifələrdə qeyd olunmuş tarixədək aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunması vacibdir. Yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Əks halda bu, vakant yerdən imtina hesab olunacaq. Bütün bunları nəzərə alaraq sənədlərinizi təqdim etdikdən sonra şəxsi səhifənizə daxil olub çıxarışın təsdiqləndiyini yoxlamağı unutmayın".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi