Modern.az

Həmsədrlər Bakıdadır

Həmsədrlər Bakıdadır

Təhsil

20 Yanvar 2010, 23:35

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), Robert Bradke (ABŞ) və təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik yanvarın 20-də axşam Azərbaycana səfərə gəlib. Modern.az xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında  jurnalistlərlə görüşdə həmsədrlər Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklərini bildiriblər. Görüşlərdə əsas diqqət  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirəsinə yönələcək. Qeyd edək ki, vasitəçilər İrəvanda Ermənistan rəhbərliyi ilə keçirdikləri görüşlər barədə açqlama verməyiblər. Onlar gəlişlərində məqsədin prezidentlərin görüşünü təşkil etmək olduğunu deyiblər.   
Fransalı həmsədr Bernar Fasye, eləcə də rusiyalı həmsədr Yuri Merzlyakov qeyd edib ki, keçirdikləri görüşlər barədə hər hansı açıqlama verməyəcəklər. Vasitəçilər danışıqların nəticəsi olaraq mətbuat üçün açıqlama hazırlayacaqlarını  və onun ATƏT-in rəsmi saytında yerləşdiriləcəyini bildiriblər. Prezidentlərin növbəti görüşünün harada və nə zaman keçiriləcəyi barədə məlumat da Azərbaycan rəhbərliyi ilə görüşdən sonra məlum olacaq.

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür