Azərbaycan Respublikasının xüsusi mühafizə orqanlarında çoxillik səmərəli fəaliyyətinə görə Vaqif Əlibala oğlu Axundov “Şöhrət” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
V.Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
General-polkovnik Vaqif Axundov 1992-2020-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi işləyib. Bu qurum 2020-ci il martın 16-da Prezident İlham Əliyevin imzaladığı "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanla ləğv edilib.