Arxiv
16 Sentyabr 2020, 18:41 | AKTUAL
Fatih Terim: Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir

Uzun illər sonra yenidən Bakıda olduğum üçün çox xoşbəxtəm. Azərbaycanın bizə olan sevgisindən şübhə etmirik.

 

Modern.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim sentyabrın 16-da təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, “Qalatasaray” avrokuboklara öyrəncəli komandadır. İstənilən şərtlərdə sonadək mübarizə aparmaq istəyirik. Püşkatma zamanı Azərbaycan komandasına rəqib olduğumuz üçün çox sevindim. Azərbaycan çox sevdiyimiz və gözəl qonaq olduğumuz bir yerdir. Bizim üçün “Neftçi” ilə oyun çox önəmlidir. Hələ bəzi oyunçuların vəziyyəti bəlli deyil. Gərgin qrafikə bütün oyunçularımız hazır olmalıdır. Komandanın birinci və ikinci heyətlərinin vəhdətini təmin etmək istəyirəm. Meydana çıxan futbolçular üzərilərinə düşən vəzifənin öhdəsindən gəlməlidirlər.

“Aeroport və hoteldə böyük sevgi ilə qarşılandıq. Buna baxmayaraq meydana qələbə üçün çıxacağıq. Rəqibin iki matçı - Şimali Makedoniyanın “Şkupi” və “Səbail” ilə görüşlərini izlədim. “Neftçi” 3 mövsümdür eyni səviyyədə oynayan komandadır, Azərbaycanda 2 güclü klubdan biridir. Bu mövsüm hələ səfərdə oynamamaları maraqlıdır. Emin Mahmudov, Yusuf Laval, Tallison və Stiven Monrozun önəmli oyunçular olduqlarını bilirəm”, - deyə 67 yaşlı mütəxəssis əlavə edib.

Bildirib ki, “Avro-2020”də Türkiyə millisi iki matçını Bakı Olimpiya Stadionunda keçirəcək. Azərbaycanı öz məmləkətimiz kimi hesab edirik. Əvvəlki oyunlarımızı başqa stadionda keçirmişdik. Bakı Olimpiya Stadionunda ilk dəfə mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanarıq. Azarkeşsiz oynamaq mənfi cəhətdir. Böyük komandaların üstünlüyü məhz azarkeşləridir. Azarkeş olmadıqda hər iki komanda bərabər şəraitdə olur.

“Qalatasaray”ın qapıçısı Fernando Musleranın ayağının qırılmasından təəssüfləndiyini bildirən baş məşqçi deyib: “Muslera bizim üçün bir qapıçıdan daha önəmlidir. Tezliklə yaşıl meydanlara dönməyə çalışır. Amma digər qapıçılarımıza da güvənirik. Musleranın karyerasını “Qalatasaray”da bitirəcəyini də düşünürəm. Bu qədər xidmət edib və etməkdə də davam edəcək”.

Türkiyəli mütəxəssis qeyd edib ki, “Qalatasaray” Azərbaycanda bir başqa cür sevilir. Azərbaycanda yoxlama görüşü keçirmək sözü verə bilərəm. Yetər ki, pandemiya bitsin. Bir deyil, bir neçə oyun üçün və ya təlim-məşq toplanışı üçün gələ bilərik. İnşallah, burada birlikdə bir neçə gözəl gün keçirərik. Sosial məsafəni də isti məsafəyə çevirərik.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00