Arxiv
17 Sentyabr 2020, 11:48 | ƏDƏBİYYAT
“Dil əlacımız” çoxdur 

Xeybər Göyyallı


Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin rus dili və rusdilli məktəblərə dərin sevgisini nümayişkaranə izhar etməsi  dərs ili ərəfəsində gündəm oldu. Soydaşlarımızın bir çoxu yazıçının bu münasibətini təəccüblə qarşıladılar. Əslində, təəccüblənməli bir şey yoxdur. Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev bu günə qədər Azərbaycan dilində yox, rus dilində yazıb -yaratmışdır. Azərbaycanın Xalq yazıçısı titulunu daşıyan Çingiz Abdullayevə  doğma dilində yazmamasını bu günə qədər  nöqsan  saymamışıq. Yəqin ki, bu da  xalqımızın mental dəyərlərindən, bəlkə də , tolerantlıq dərəcəsinin normadan daha çox olmasından  irəli gəlir.  Əslində, onun ana dilində yox, rusca yazması sovet rejiminin ayağına yazılmalıdır. Çingiz müəllimin bu gün təbliğ etdiyi rus dili  onun körpəlik və gənclik illərində  süni dominantlıq qazanmasaydı, əminliklə deyə bilərik ki, o, bu gün Azərbaycan dilində yazardı. Bugünkü qüsurlarımızın bir çoxu keçmişdəki mənəvi boşluqlarla birbaşa bağlıdır. Çingiz müəllim körpəlikdən rusca danışıb, orta və ali məktəbi rus dilində başa vurub...  

Rusca yazmaq demişkən, söhbətgedən məsələdə Çingiz Abdullayevə opponentlik edən şəxslərdən biri onu dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovla müqayisə etmişdir. Həmin müqayisədə Çingiz Aytmatovun da rusca yazdığı qeyd olunsa da, ancaq  hər iki yazıçının əsərləri barədə çox lakonik fikir söylənilmişdir .Çox doğru olaraq, bu analogiyada hər iki yazıçının yaratdığı ədəbi nümunələr estetik ideallar baxımından dəyərləndirilmişdir. Ədalət naminə bu məqamda bir məsələni də diqqətə çatdırmağımız vacibdir. Belə ki, Çingiz Aytmatov yaradıcılığa qırğızca başlamış, öz doğma dilində xeyli əsərlər yazmış, lakin sonradan sovet rejiminin sünicəsinə yaratdığı əngəlləri aşmaq üçün  bəzi iri və sanballı əsərlərini rusca yazmağa məcbur olmuşdur. Çingiz Aytmatov  sözün bütün mənalarında milli yazıçıdır. Bunun əyani təsdiqi onun manqurt obrazını dünya ədəbiyyatına gətirməsidir. Bilmirəm, bəlkə, manqurt obrazını Çingiz Aytmatovdan əvvəl kimsə ədəbiyyatda yaradıb, amma çoxları kimi mən də bu obrazla “Gün var əsrə bərabər” romanında tanış olmuşam. Onu da qeyd edək ki, bu əsərin Azərbaycan türkcəsində ilkin adı  vaxtilə belə olub:”Əsrə bərabər gün”. Manqurt məsələsi söhbətgedən mövzu ilə birbaşa bağlı olduğundan “manqurt nədir və o, necə yaranır?” sualına bir-iki cümlə ilə münasibət bildirək. Manqurt  bir söz kimi türk-monqol dilləri ilə bağlı olub, mənası yaddaşın itirilməsi deməkdir. Bəllidir ki, yaddaşı itirəndən sonra insan özündən asılı olmayaraq qul və köləyə çevrilir. Çingiz Aytmatov yuxarıda adıçəkilən romanında manqurtlaşmış insanın obrazını çox böyük ustalıqla yaratmışdır. Ana ah-nalə çəkir, haray salır,  amma oğul  doğma anasını tanımır, anasından qaçır, onu haraylanın anası olduğunu bilmir. Oğul , anasını necə tanısın, o manqurtlaşdırılıb, o, məqsədli şəkildə yaddaşsızlaşdırılıb. Manqurtlaşdırılmanın iki forması , bir məqsədi var. Formaca fiziki və mənəvi manqurtlaşdırma aparılır. Fiziki (buna lap bioloji də demək olar) manqurtlaşdırmada körpəlikdən insan övladının başı qırxılır, dəvənin boynunun dərisi başına salınır, bərkdən sıxılır. Sonra dəri getdikcə quruyur və başı tədricən  sıxır, baş bioloji inkişafdan qalır, böyümür, bu səbəbdən  beyin də inkişaf etmir.

Mənəvi manqurtlaşdırma isə yumşaq formada aparılır. Müstəmləkə təfəkkürü ilə yaşayan, tarixən zor və hərbə güvənən xalqlar qonşularını təsir altında saxlamaq üçün onların dillərini əllərindən almış, milli tarixlərini “oğurlamışlar”.  İnsan doğma dilində danışmırsa, milli tarix və  vətən coğrafiyasından xəbərsiz böyüyürsə, bu sonda onun manqurtlaşmasına gətirib çıxarır.    

Dilin təfəkkür məhsulu olduğu  birmənalı olaraq çoxdan  öz təsdiqini tapıb. Necə fikirləşirsənsə, o cür də danışırsan, yazırsan. Fikrində nə tutubsansa, xəyalından həmin əşya keçir, göz önündə həmin məfhum canlanır. Çox sadə bir nümunə. Azərbaycan türkcəsində danışan şəxs kitab haqqında bir fikir söyləmək istərkən göz önünə kitab gəlir və qeyri-iradi olaraq  kitab sözünü işlədir. Bu psixoloji akt bu və ya digər formada bütün dillərə aiddir. Rus dilində danışanların da beynində kniqa sözü canlanır. Bu da təbii bir prosesdir.

Danışmaq və yazmaq  da bir çox nəsnələr kimi  özəl(fərdi) bir aktdır. Ancaq Çingiz müəllimin dərs ilinin açılışı ərəfəsində rusdilli məktəblərin qayğısına qalması fərdi olduğu qədər də ümummilli  məsələ kimi qəbul olunmalıdır. Rusdilli məktəblərin sayının bir az  da (onsuz da onların sayı həddindən artıq çoxdur) çoxalmasının sonda nəyə gətirib çıxaracağını Çingiz müəllim də gözəl bilir. Bəlli bir məsələdir ki, çoxluq (dominantlıq) azlığı öz içərisində əridir. Dünyada  dillərin “ölməsi”nin birinci səbəbi əcnəbi dildə danışanların sayının tədricən və “tarixi şərait” yetişəndə  sürətlə artmasıdır. Qloballaşma erasında isə milli dillərin sıradan çıxması daha da sürətlənib və “ölü dil”lərin sayı   hər gün artır.

Hamı kimi mən də əcnəbi dil öyrənməyin əleyhdarı deyiləm. Məlum həqiqətləri mən də təkrarlayım: “Nə qədər çox dil bilsən, bir o qədər adamsan”, "Düşmənin də dilini öyrənmək lazımdır”.

Azərbaycanın tanınmış şəxsləri və geniş ictimaiyyət Çingiz müəllimin fikirlərinə yetərincə münasibət bildirdi, bu məsələdə  onu qınadılar da. Onu qınayanlar mənəvi və hüquq nöqteyi-nəzərindən tam haqlı idilər. Mənəvi baxımdan dil kimlik məsələsidir. Dil xalqın və dövlətin atributudur.  Digər dövlət rəmzlərindən-bayraq, gerb və himndən fərqli olaraq  dil canlı və bir qədər də üstün atributdur. Dil xalqın əbədiyaşarlığıdır. İctimai-siyasi formasiyalar dəyişəndə dövlətlərin rəmzləri (bayraq, gerb və himn) asanlıqla başqası ilə əvəz edilsə də, dil dəyişmir. Bu baxımdan dil kimlik məsələsidir. Xalq öz kimliyini -mənliyini, varlığını dil vasitəsilə qoruyub saxlayır və davam etdirir. Dil xalqın dərin qatlarında yatmış ruhunun ifadəsidir.

Artıq  dünya dəyişib, zaman o zaman deyil ki, rus dilinə ”bilməsək, dil  əlacımız yoxdur” prinsipindən yanaşaq. Çingiz müəllim də çox gözəl bilir ki, dünya sürətlə qloballaşır və bundan da kənarda qalmaq mümkün deyildir. Sürətlə qloballaşan dünyaya  isə daha böyük pəncərədən baxmaq və daha geniş qapıdan daxil olmaq gərəkdir. Bu gün dünyada ingilis, fransız, ispan dilləri daha geniş coğrafiyada yayılıb. Rus dilinin özü də Avropada  kifayət qədər işlənilir. Amma heç bir Avropa ölkəsi öz dilini nəinki rus dilinə, heç ingilis və fransız dilinə dəyişmək barədə düşünmür. Çünki xalqın ölümü doğma  dilin ölümündən başlayır. Hamının bildiyi bir nümunə. Uzun müddət dövlətçiliyini itirmiş və bütün dünyaya səpələnmiş yəhudi xalqı,  birinci növbədə, doğma dilinin sayəsində özünü qorudu və dövlətçiliyini bərpa etdi.

Yuxarıda  qeyd etdim ki,  Çingiz Abdullayevin təklifinə (?!) ümummilli dəyərlərdən yanaşılmalıdır. Azərbaycan Respublikasının dövlət  kitabına-konstitusiyasına görə Azərbaycan dili ölkəmizin ərazisində  dövlət dili elan olunub. Dövlət dili statusu daşıyan dil dominantlıq qazanmalıdır. Bu üstünlüyü dilə onun hər bir vətəndaşı qazandırmalıdır, o ki qaldı yazıçısı. (Bu məqamda beynimdən belə bir ritorik  sual keçdi: görəsən, qonşularımızın rusca yazan yazıçıları bizimkilər kimi əcnəbi dili bu cür təbliğ edərlərmi? İnandırıcı görünmür). Mənə elə gəlir ki, xalq yazıçısı bu yanaşması ilə Azərbaycan Respublikasının Konstitusiyasına da hörmətsizlik edib.

Artıq rus dili müstəqil Azərbaycanda əcnəbi dil statusunu daşıyır. Bu səbəbdən rus dili digər əcnəbi dillərdən dominant statusa malik ola bilməz. Digər xarici dillər (ingilis, fransız, alman və s.) qədərincə təbliğ və tədris olunmalıdır. Sevgi isə şəxsi məsələdir, hər kəs fərdi şəkildə rus və digər əcnəbi dilləri istədiyi formada öyrənə bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00