Modern.az

V qrupda bəzi ixtisaslar ləğv olundu

V qrupda bəzi ixtisaslar ləğv olundu

17 Sentyabr 2020, 15:24

Bu ildən V qrupda bəzi ixtisaslar ləğv edilib, bəzilərinin isə adı dəyişdirilib.

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib.

 

Onun sözlərinə görə, əvvəl “Dekorativ sənət” adlanan ixtisas indi “Dekorativ tətbiqi sənət” adlanır. Bədən tərbiyyəsi və idman ixtisası ləğv olunub və “Məşqçilik” ixtisası ilə birləşdirilib. “Rəqs müəllimliyi” ixtisası ləğv olunub, “Xoreoqrafiya sənəti” ilə birləşdirilib. “Solo oxuma” ixtisası “Vakal sənəti” adlandırılır, “Estrada sənəti” “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı” isə “İnstrumental ifaçılıq” adı altında gedir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir